​Türkiyə "Türk axını" layihəsi ilə bağlı təkliflərini Rusiyaya göndərib

​Türkiyə "Türk axını" layihəsi ilə bağlı təkliflərini Rusiyaya göndərib Taner Yıldız: "Qarşı tərəfin cavabını gözləyirik"
Energetika
19 Avqust , 2015 13:21
​Türkiyə Türk axını layihəsi ilə bağlı təkliflərini Rusiyaya göndərib

Bakı. 19 avqust. REPORT.AZ/ "Türkiyə "Türk axını" ilə bağlı hökumətlərarası razılaşmanın layihəsini Rusiyaya göndərib və qarşı tərəfin cavabını gözləyirik".

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib.

O qeyd edib ki, son 6 ayda Rusiyadan ölkəsinə idxal olunan təbii qazın həcmi 8 faiz azalıb: "Türkiyənin milli valyutasının dollara nisbətən düşməsi büdcədə əlavə xərclər yaradıb. Belə ki, təbii qazla bağlı məsələlərə əlavə olaraq 3 milyard 82 milyon dollar xərclənməlidir".

Son xəbərlər

Orphus sistemi