Türkiyə TANAP çərçivəsində İranla əməkdaşlığı mümkün sayır

Türkiyə TANAP çərçivəsində İranla əməkdaşlığı mümkün sayır Taner Yıldız: "Biz qiymətləri və şərtləri görmədən bununla bağlı son qərarı verə bilmərik"
Energetika
9 Aprel , 2015 16:21
Türkiyə TANAP çərçivəsində İranla əməkdaşlığı mümkün sayır

Bakı. 9 aprel. REPORT.AZ/ "Həm SOCAR-ın, həm də bizim paylarımıza uyğun ticari şərtlər daxilində İranla strateji əməkdaşlıq etmək mümkündür". 

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız SOCAR-ın başçısı Rövnəq Abdullayevin İranın TANAP-la maraqlandığına dair bəyanatına münasibət bidirərkən deyib.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İran səfəri haqqında danışarkən bildirib ki, Rusiyadan sonra ən çox təbii qaz aldıqları ölkə İrandır: "Aldığımız qazın həcmini artırmağımız üçün onun qiymətini nəzərdən keçirməyimiz lazımdır. Biz qiymətləri və şərtləri görmədən bununla bağlı son qərarı verə bilmərik".

Son xəbərlər

Orphus sistemi