Bakı. 5 sentyabr. REPORT.AZ/ Əsas təsisçisi Azərbaycan Dövlət Neft Şirkəti olan (
Məlumata görə, Nazirlik "Petkim" limanının genişləndirilməsi üçün reallaşdırılan "özəl layihə sahəsi" layihəsini və limanın arxasındakı meşə sahəsinin Holdingin ərazisinə daxil edilməsini təmin edən planı da təsdiqləyib.
Belə ki, 1:5000 və 1:1000 miqyasında hazırlanan son plana əsasən, "Petkim" bu ərazini həm abadlaşdıracaq, həm böyüdəcək, həm də oranın bəzi funksiyalarını dəyişəcək. Nazirlik "Petkim"in Nəmrud körfəzindən istifadə imkanlarını da genişləndirib. Plana görə, limanda yeni gəmi yanalma yerləri inşa edilib. Bununla da "Petkim"in investisiyasının 10 mlrd. dollara çatdırılacağı deyilir.
Türkiyənin ətraf mühit və urbanizasiya naziri Ərdoğan Bayraqdarın imzaladığı sənəddə "Petkim"in bu layihəsinin İzmir şəhərinin inkişafına xidmət etdiyi deyilir: "SOCAR Group" tərəfindən həyata keçirilən "Petkim" inkişaf layihələri, "Star" emal zavodunun layihəsi, "Step" və "Petkojen", "Petkim konteyner" layihələri İzmirin marka dəyərini artıracaq. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə tikdiyi liman, istilik stansiyası, emal zavodu kimi layihələrin reallaşdırılması ölkəmiz üçün ən aktual iqtisadi məsələlərdən olan - tələbatın daxili istehsal hesabına ödənilməsi problemini həll edəcək".