Türkiyə Prezidenti SOCAR rəhbərliyi ilə görüşəcək

Türkiyə Prezidenti SOCAR rəhbərliyi ilə görüşəcək R.T.Ərdoğan 350 şirkətin rəhbəri ilə görüş keçirəcək
Energetika
12 İyul , 2017 10:55
Türkiyə Prezidenti SOCAR rəhbərliyi ilə görüşəcək

Bakı. 12 iyul. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul hadisələrinin ildönümündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyinin də təmsil olunacağı 350 nəhəng şirkətin rəhbəri ilə görüşəcək.

“Report” bu barədə Türkiyə KİV-inə istinadən xəbər verir.

“R.T.Ərdoğan 15 iyulun ildönümündə dünyanın və Türkiyənin qabaqcıl şirkət rəhbərləri ilə görüşəcək. Türkiyə Prezidenti ümumilikdə 4 trln. dolları idarə edən qlobal şirkətlərin rəhbərlərinə 15 iyul dövlət çevrilişinə cəhddən sonra baş verənləri danışaraq “Türkiyə güvənilən ünvandır, gəlin, sərmayələrinizi yatırın” mesajını verəcək”, - deyə məlumatda qeyd olunub.

“Beynəlxalq İş dünyası toplantı”sında SOCAR, “Bank of China”, “Bauhaus”, “Benetton”, “Chine Energy”, “Coca Cola”, “Facebook”, “General Electric”, “Google”, “Hewlett Packard”, IBM, “Koç”, “Mercedes”, “Motorola”, “Microsoft”, “Nike”, “Pepsi”, “Cisco”, “Siemens”, “Toyota”, “Vodafone” və digər şirkətlərin rəhbərlərinin yer alacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi