Türkiyə parlamenti "Türk axını" layihəsi üzrə Rusiya ilə sazişi ratifikasiya edib

Türkiyə parlamenti "Türk axını" layihəsi üzrə Rusiya ilə sazişi ratifikasiya edib Sənədin ratifikasiyasının lehinə 210, əleyhinə isə 7 deputat səs verib
Energetika
2 Dekabr , 2016 10:17
Türkiyə parlamenti Türk axını layihəsi üzrə Rusiya ilə sazişi ratifikasiya edib

Bakı. 2 dekabr. REPORT.AZ/ Türkiyə parlamenti "Türk axını" qaz kəməri inşası layihəsinə dair Rusiya ilə sazişin ratifikasiyası haqqında qanun qəbul edib.

Bu barədə "Report" RİA "Novosti"yə istinad xəbər verir.

Sənədin ratifikasiyasının lehinə 210, əleyhinə isə 7 deputat səs verib, 6 millət vəkili bitərəf qalıb.

Yaxın günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qanunu imzalamalıdır. Bundan sonra "Resmigazete" nəşrində sənəd dərc ediləcək və qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi