Türkiyə "OMV Petrol Ofisi"nin terminalının SOCAR-a təhvilinə icazə verib

Türkiyə "OMV Petrol Ofisi"nin terminalının SOCAR-a təhvilinə icazə verib Bu barədə Türkiyənin antiinhisar qurumu məlumat yayıb
Energetika
14 Dekabr , 2016 10:09
Türkiyə OMV Petrol Ofisinin terminalının SOCAR-a təhvilinə icazə verib

Bakı. 14 dekabr. REPORT.AZ/ Türkiyə Rəqabət İdarəsi (antiinhisar təşkilatı) “OMV Petrol Ofisi A.Ş”-nin İzmirin Əliağa bölgəsində yerləşən “OMV Petrol Ofisi Əliağa Yanacaq və LPG saxlama terminalı”nın icarəyə verilmək şərti ilə “SOCAR Turkey Akaryakıt Depolama A.Ş.” tərəfindən idarə edilməsi məqsədi ilə “Renatus Marine Denizcilik ve Liman İşletmeciliği A.Ş.” tərəfindən təhvil alınması əməliyyatına icazə verib.

“Report” xəbər verir ki, bu barədə Rəqabət İdarəsi məlumat yayıb.

Təhvil işləri üçün noyabr ayında müraciət edilib.

Qeyd edək ki, bu ilin oktyabr ayının əvvəlində SOCAR-ın başçılığı ilə bir qrup beynəlxalq investor “OMV Petrol Ofisi A. Ş.” şirkətinə məxsus Əliağa terminalının satın alınması barədə “OMV Aktiengesellschaft” ilə razılıq əldə ediblər. Bu terminal 2018-ci ildə istifadəyə veriləcək "STAR" neft emalı zavodunun logistika məntəqəsi rolunu oynayacaq. 200 min kubmetr neft və 45 min kubmetr maye qaz saxlama potensialına malik olan terminalın alınması "STAR" layihəsinin effektivliyini, SOCAR-ın regionda logistik potensialını artıracaq və eyni obyektdən istifadə edən distributor şirkətlər arasında əməkdaşlığı yaxşılaşdıracaq. “SOCAR Turkey” şirkətinin baş direktoru Zaur Qəhrəmanov bildirib ki, terminalın potensialının 200 min kubmetrdən 700 min kubmetrə qaldırılması nəzərdə tutulur, həmçinin maye qazın saxlanılması üçün də həcmlərin artırılacağı gözlənilir.

Uzunmüddətli sazişə əsasən, “OMV Petrol Ofisi A.Ş.” saziş davam etdiyi müddətdə Əliağanın neft və maye qaz çənlərindən istifadə edəcək. Eyni zamanda, şirkətə terminaldan ixrac və yükdaşıma məqsədi ilə də istifadə hüququ verilir. Razılaşmanın bəzi şərtlər yerinə yetirildikdən sonra 2016-cı ilin sonunda tamamlanacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi