Yuxarı

Türkiyənin təbii ehtiyatlar və energetika naziri Azərbaycana səfər edəcək

Taner Yıldız Cənub Qaz Dəhlizi layihəsinə həsr olunan görüşdə iştirak edəcək

Bakı. 6 fevral. REPORT.AZ/ Türkiyənin təbii ehtiyatlar və energetika naziri Taner Yıldız fevralın 12-də Azərbaycana səfər edəcək.

Türkiyənin Azərbaycandakı səfirliyindən "Report"a bildirilib ki, türkiyəli nazirin səfərinin məqsədi gələn həftə Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi" layihəsinə həsr olunan görüşdə iştirak etməkdir.

T.Yıldızdan başqa, görüşdə həmçinin Bolqarıstan və Yunanıstanın energetika nazirləri, Avropa Komissiyasının vitse-prezidenti Matoş Şevçoviç də iştirak edəcək.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi