Türkiyə əhali üçün qaz pulunu aşağı salır

Türkiyə əhali üçün qaz pulunu aşağı salır Berat Albayrak qışa qədər endirim olacağını açıqlayıb
Energetika
25 İyul , 2016 16:44
Türkiyə əhali üçün qaz pulunu aşağı salır

Bakı. 25 iyul. REPORT.AZ/ Türkiyə hökuməti qış mövsümü ərəfəsində əhali istehlakçı qrupu üçün təbii qazdan istifadə taifini endirməyi planlaşdırır.

"Report" xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak "CNN Türk" kanalında bildirib.

"Qış gəlmədən böyük ehtimalla vətəndaşlarımıza təbii qazdan istifadəyə görə endirim edəcəyik. Təhkim müddətimiz qışa qədər tamamlanmasa belə, biz bunu vətəndaşlarımıza hiss etdirəcəyik", - deyə nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi