“Türkiyə axını” qaz kəmərinin ilk xəttinin tikintisi 2016-cı ilin dekabrında başa çatacaq

“Türkiyə axını” qaz kəmərinin ilk xəttinin tikintisi 2016-cı ilin dekabrında başa çatacaq Türkiyə-Yunanıstan sərhədinə 47 milyard kubmetr həcmində qaz nəql olunması dəqiqləşdirilib
Energetika
7 Fevral , 2015 21:30
“Türkiyə axını” qaz kəmərinin ilk xəttinin tikintisi 2016-cı ilin dekabrında başa çatacaq

Bakı. 7 fevral. REPORT.AZ/ “Qazprom” “Türkiyə axını” üzrə Avropaya ildə 47 milyard kubmetr qaz göndərməyə hazırdır və kəmərinin ilk xəttinin tikintisini 2016-cı ilin dekabrında başa çatdıracaq.

"Report" AzərTAca istinadla xəbər verir ki, müvafiq planlar barədə kompaniyanın başçısı Aleksey Millerin Türkiyəyə səfərinin yekunlarına dair “Qazprom”un yaydığı məlumatda bildirilir. Məlumatda qeyd olunur ki, qaz kəməri layihələşdirilərkən regionda təbii qaza artan tələbat nəzərə alınıb və bununla əlaqədar Türkiyə-Yunanıstan sərhədinə 47 milyard kubmetr həcmində qaz nəql olunması dəqiqləşdirilib. Şirkətdən bildiriblər ki, qaz kəmərinin illik gücü 63 milyard kubmetr təşkil edəcək.

Aleksey Miller və Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Qara dənizdən çəkiləcək kəmərin tikintisi üzrə layihənin reallaşdırılmasının gedişini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi