Ekspert: “SOCAR Türkiyə iqtisadiyyatına töhfə verir”

Ekspert: “SOCAR Türkiyə iqtisadiyyatına töhfə verir” Bakı. 28 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki sərmayələri ilə hər kəsin rəğbətini qazanır.
Energetika
28 Dekabr , 2018 09:59
Ekspert: “SOCAR Türkiyə iqtisadiyyatına töhfə verir”
0 : 00
0 : 00

Bakı. 28 dekabr. REPORT.AZ/ "Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki sərmayələri ilə hər kəsin rəğbətini qazanır".

Bunu “Report”a açıqlamasında Dünya Enerji Şurası Türk Milli Komitəsinin enerji diplomatiyası üzrə işçi qrupunun sədri, Ortadoğu Texniki Universitetinin professoru Oqtay Tanrısevər bildirib.

Onun sözlərinə görə, ən iri xarici investor olaraq bu şirkət Türkiyə iqtisadiyyatına və STAR Neft Emalı Zavodu ilə bu ölkənin sənaye gücünə töhfə verir: “Enerji sahəsində əməkdaşlıq olduqca güclü olan qardaş dövlətlər arasındakı diplomatik əlaqələrə də böyük dinamika qazandırır”.

Ekspert hesab edir ki, Türkiyə və Azərbaycan enerji diplomatiyasının ən önəmli “Game changer”i, yəni “Oyun dəyişdirici”si ola bilər: “SOCAR-ın Türkiyədəki yatırımlarını alqışlayıram. İki ölkənin bir çox sahədə əlaqələrini daha da genişləndirmələrini diləyirəm”.

Son xəbərlər

Orphus sistemi