​"Türk axını" layihəsi üzrə danışıqlar dondurulub

​"Türk axını" layihəsi üzrə danışıqlar dondurulub Səfa Sadıq Aytəkin: "Rusiya şərt qoymadan qiymət endirimi tətbiq etsəydi, hazırkı mövqeyimiz daha ümidverici olardı"
Energetika
11 Sentyabr , 2015 14:28
​Türk axını layihəsi üzrə danışıqlar dondurulub

Bakı. 11 sentyabr. REPORT.AZ/ Rusiyanın Qara dənizin dibi ilə Türkiyə üzərindən Avropaya qaz nəql etməyi planlaşdırdığı "Türk axını" layihəsi üzrə danışıqlar dondurulub. "Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyinin katibinin müavini Səfa Sadıq Aytəkin bildirib.

O qeyd edib ki, layihə üzrə danışıqlarda irəliləyiş olmadığından müzakirələr dondurulub: "Rusiya ilə müzakirələr irəliləmir. Bu nöqtədə qarşılıqlı güvənsizlik görürəm. Rusiya tərəfi "BOTAŞ" və "Qazprom" arasındakı qiymət endirimi müzakirələrini "Türk axını" layihəsinin ön şərti olaraq irəli sürüb. Biz də bunu başlanğıc nöqtəsi olaraq düşünürdük. Rusiya tərəfi şərt qoymadan qiymət endirimi tətbiq etsəydi, hazırkı mövqeyimiz daha ümidverici olardı".

"İyun ayındakı keçirilən parlament seçkilərindən sonra Türkiyədə hökumətin qurulması istiqamətində irəliləyiş olmadıqda görüşlər dayandırılıb. Lakin bu, o demək deyil ki, tərəflər bir daha masa arxasına oturmayacaq. Bir düyün var və bu düyünün açılması üçün tərəflərin təkrar bir araya gəlməsinə ehtiyac yaranır", - deyə Nazirlik rəsmisi qeyd edib.

Son xəbərlər

Orphus sistemi