​"Türk axını" layihəsi şübhə altındadır

​"Türk axını" layihəsi şübhə altındadır Səfir Ümit Yardım: "Türk axını" layihəsi 2017-ci ildən sonra fəaliyyətə başlayacaq"
Energetika
23 May , 2015 15:01
​Türk axını layihəsi şübhə altındadır

Bakı. 23 may. REPORT.AZ/ Rəsmi Ankara "Türk axını" layihəsinin 2017-ci ildən sonra fəaliyyətə başlayacağını bildirib. Bunu "İnterfaks" agentliyinə müsahibəsində Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım açıqlayıb.

"Report" xəbər verir ki, səfir həm də bu qaz layihəsinin hansı tarixdə işə başlayacağını indidən proqnozlaşdırmağın doğru olmadığını bildirib: "Türkiyə və Rusiya hələ layihənin başlanması barədə rəsmən qərar verməyib".

"Əgər biz bu layihəni hayata keçirə bilsək, bu bizim üçün böyük uğur olacaq", - deyə Ü.Yardım vurğulayıb və məsələ ətrafında işlərin davam etdiyini bildirib.

Qeyd edək ki, hazırda Rusiya ilə Türkiyə arasında bu layihə ilə əlaqədar imzalanmış heç bir öhdəlik yoxdur. Lakin səfirin sözlərinə görə, hər iki tərəf "Türk axını" layihəsini həyata keçirmək arzusundadır.

Bir qədər əvvəl isə "Qazprom" ASC-nin rəhbəri Aleksey Miller "Türk axını" ilə Türkiyəyə qaz nəqlinin 2016-cı ilin dekabr ayında başlayacağını bildirib.

Son xəbərlər

Orphus sistemi