"Türk Axını" ilə bağlı anlaşma memorandumunun Sankt-Peterburqda imzalanması gözlənilir

"Türk Axını" ilə bağlı anlaşma memorandumunun Sankt-Peterburqda imzalanması gözlənilir Rusiyada Beynəlxalq iqtisadi Forum keçiriləcək
Energetika
30 May , 2015 11:14
Türk Axını ilə bağlı anlaşma memorandumunun Sankt-Peterburqda imzalanması gözlənilir

Bakı. 30 may. REPORT.AZ/ İyunun 18-20-də Rusiyanın Sankt-Peterburq şəhərində Beynəlxalq iqtisadi Forum keçiriləcək. "Report" xəbər verir ki, bu barədə Forumun təşkilat komitəsinin yaydığı məlumatda bildirilir.

Rusiya Prezidenti Vladimir Putinin açılışında iştirak etməsi gözlənilən forumda "Goldman Sach", "Deloitte", "Qazprom", "General Electric", "Rosneft" və başqa iri iqtisadi qurumların, həmçinin ayrı-ayrı ölkələrin hökumət və dövlət nümayəndələri iştirak edəcək.

Forum çərçivəsində Yunanıstanla Rusiya arasında "Türk Axını" ilə bağlı hökumətlərarası anlaşma memorandumunun imzalanacağı da gözlənilir.

Son xəbərlər

Orphus sistemi