​"TuranBank"ın aktivləri 38% artıb

​"TuranBank"ın aktivləri 38% artıb Bankın kredit portfeli isə ötən ilin yanvar-iyun ayı ilə müqayisədə 28%, ilin əvvəlindən isə 16% artaraq 255,7 mln. manata çatıb
Energetika
24 İyul , 2015 18:19
​TuranBankın aktivləri 38% artıb

Bakı. 24 iyul. REPORT.AZ/ 2015-ci ilin iyulun 1-nə "TuranBank" ASC-nin aktivləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 38%, ilin əvvəlinə nisbətən isə 21% artaraq 388,8 mln. manat təşkil edib. Bu barədə "Report"a bankın mərkəzi ofisindən məlumat verilib.

Məlumata görə, bankın kredit portfeli isə ötən ilin yanvar-iyun ayı ilə müqayisədə 28%, ilin əvvəlindən isə 16% artaraq 255,7 mln. manata çatıb.

Qeyd edilən tarixə bankın müştəri hesabları və depozit portfeli 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 23%, ilin əvvəlinə nisbətən isə 20% artaraq 172,8 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 26,4%, cari ilin əvvəli ilə müqayisədə isə 14% artaraq 82,3 mln. manat olub.

2015-ci ilin iyul ayının 1-nə bankın nizamnamə kapitalı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 6% artaraq 50 mln. manat, məcmu kapitalı isə 52,3 mln. manat təşkil edib.

Bu ilin yanvar-iyun aylarının fəaliyyət nəticələrinə əsasən bankın gəlirləri 16,481 mln. manat, xərcləri isə 16,766 mln. manat təşkil edib. Hesabat dövrü ərzində bankın zərəri 285 min manat olub. 

Son xəbərlər

Orphus sistemi