​TRASEKA katibi: "Bakı-Tbilisi-Qars dəmiryolu xətti üzrə ölkələr ortaq tarif və qaydalar tətbiq etməlidirlər"

​TRASEKA katibi: "Bakı-Tbilisi-Qars dəmiryolu xətti üzrə ölkələr ortaq tarif və qaydalar tətbiq etməlidirlər" Binali Yıldırım: "Azərbaycanı narahat edən bizim də canımızı sıxar"
Energetika
22 Oktyabr , 2015 19:11
​TRASEKA katibi: Bakı-Tbilisi-Qars dəmiryolu xətti üzrə ölkələr ortaq tarif və qaydalar tətbiq etməlidirlər

Bakı. 22 oktyabr. REPORT.AZ/ Xəzər Tranzit Dəhlizinin həyata keçməsində ən əhəmiyyətli addımlardan biri Bakı-Tbilisi-Qars dəmiryolunun Türkiyədəki 76 km-lik hissəsinin tamamlanmasıdır.

"Report" xəbər verir ki, bunu TRASEKA-nın (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) Azərbaycan üzrə milli katibi Akif Mustafayev Xəzər Strateji İnstitutu (HASEN) tərəfindən İzmirdə "Müasir İpək Yolu"nda Strateji Baza: İzmir" mövzusunda keçirilən konfransda bildirib.

O qeyd edib ki, layihədə iştirak edən ölkələr arasında ortaq tarif və qaydaların da olması vacibdir. A.Mustafayev həmçinin bölgədəki ticarətə ən böyük maneənin Ermənistanın həyata keçirdiyi işğalın olduğunu da xatırladıb:

"Əgər erməni işğalı olmasaydı, regionda daha çox işlər görülə və daha çox investisiya layihələri həyata keçirilə bilərdi. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır və bu mövzu ilə dünya maraqlanmır. Bu məsələ ilə təkcə Azərbaycan və Türkiyə çalışmaqdadır. Ermənistanın Azərbaycan torpaqlarındakı işğalını davam etdirməsi regionun inkişafına mane olmaqdadır və ümid edirik ki, ən qısa zamanda bu problem öz həllini tapar".

Konfransda çıxış edən Türkiyənin sabiq nəqliyyat naziri Binali Yıldırım bildirib ki, Azərbaycanı narahat edən bizim də canımızı sıxar. Şərq-Qərb dəhlizinin əhəmiyyətini ən çox əhatə edən bölgə ölkəsinin Azərbaycan olduğunu, həyata keçirilən enerji, nəqliyyat layihələrinin hamısının bölgənin taleyini dəyişdirəcəyinə diqqət çəkən B.Yıldırım qeyd edib ki, Türkiyə və Azərbaycan liderlərinin güclü siyasi iradəsi bu lahiyələri sürətləndirir.

O, həmçinin Türkiyə və Azərbaycanın həyata keçirdiyi layihələrin regional, qlobal sülhə, qardaşlığa qatqı təmin edəcəyini qeyd edib.

Türkiyə ilə Azərbaycanın qısamüddətli faydalı əlaqələri ilə deyil, uzunmüddətli və bölgə sülhünü hədəfləyən bir əməkdaşlıq içində olduğunu deyən sabiq nazir qeyd edib ki, bunu həyata keçirərkən heç kim bizim regiondaki müstəmləkə və işğal həvəslilərinə dözüm göstərməmizi gözləməsin:

"Biz bu məzmunda Ermənistanın etdiklərini, həm Türkiyə üzərindəki haqq iddaları, həm də Azərbaycan-Qarabağ bölgəsindəki işğallarını əsla və əsla qəbul etmərik. Azərbaycanı narahat edən hər şey bizim canımızı sıxar. Bizim siyasətimiz budur. Sizin üçün yaxşı olan nədirsə, bizim üçün də yaxşı olan odur".

Konfransda nitq söyləyən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə müəssisəsi "SOCAR Turkey"in baş icraçı direktoru Kənan Yavuz isə tarixi İpək Yolunun yenidən canlanması və yüksəliş dövrünün başladığını, Türkiyənin böyük bir infrastruktur inqilabı reallaşdırdığını qeyd edib.

Təmsil etdiyi şirkətin də Türk-Azərbaycan ortaqlığı və qardaşlığı ilə Türkiyənin ən böyük real sektor yatırımına imza atdığını və neft emalına inteqrasiyalı bir istehsal modelini həyata keçirmək üçün 10 milyard dollarlıq investisiya qoyuluşunu planlaşdırdıqlarını qeyd edən K.Yavuz bildirib ki, 2018-ci ildə də TANAP layihəsi tamamlanacaq.

Təxminən 10 aylıq bir iş sonrasında "Xəzər Transit Koridoru" hesabatını tamamladıqlarını dilə gətirən Xəzər Strateji İnstitutunun baş katibi Haldun Yavaş qeyd edib ki, Xəzər dənizi, sürətli bir magistrala çevrilir:

"Qazaxıstan, Azərbaycan və Türkmənistan Xəzər dənizində yüksək tutuma sahib yeni limanlar inşa edir və mövcud limanların imkanlarını artırır".

Son xəbərlər

Orphus sistemi