"Transneft": Dağıstandakı zəlzələ Bakı-Novorossiysk kəmərinin işinə təsir etməyib

"Transneft": Dağıstandakı zəlzələ Bakı-Novorossiysk kəmərinin işinə təsir etməyib Mahaçqalada səhər baş verən qasırğa səbəbindən iki tanker boşaldılmayıb
Energetika
25 Avqust , 2016 12:10
Transneft: Dağıstandakı zəlzələ Bakı-Novorossiysk kəmərinin işinə təsir etməyib

Bakı. 25 avqust. REPORT.AZ/ Rusiyanın Mahaçqala şəhərindən (Dağıstan) 36 km qərbdə 4 bal gücündə baş verən zəlzələ Bakı-Novorossiysk kəmərinin işinə təsir etməyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Transneft” şirkətinin rəsmi nümayəndəsi İqor Dyomin məlumat verib.

Qeyd edək ki, Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Azərbaycandan Rusiya ərazisindən keçməklə Novorossiysk limanına nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

SOCAR martın 1-dən etibarən Novorossiysk istiqamətində neft nəqlini bərpa edib. Azərbaycan neftinin 2016-cı ildə Bakı-Novorossiysk kəməri ilə nəqli barədə saziş "Transneft" və SOCAR arasında bu ilin fevralın sonunda rəsmiləşdirilib.

İ.Dyomin, həmçinin qeyd edib ki, Mahaçqalada səhər baş verən qasırğa səbəbindən iki neft tankeri boşaldılmayıb: “Digər limanlarda işlər qrafikə uyğun davam edir. Gecikən tanker yoxdur".

Son xəbərlər

Orphus sistemi