Yuxarı

"Transneft" Baltikyanı ölkələrin limanlarından imtina edir

Neft məhsulları nəqlinin Rusiya limanlarına qaytarılması prosesi 2018-ci ilə qədər davam edəcək

Bakı. 13 sentyabr. REPORT.AZ/ Baltikyanı ölkələrin limanları vasitəsilə ötən il 9 mln. ton neft məhsulları ixrac edən "Transneft" şirkəti (Rusiya) 2018-ci ilə qədər bu həcmi Rusiya limanlarına yönəldəcək. 

"Report" RBK-ya istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Nikolay Tokarev Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.

Onun sözlərinə görə, bu, Rusiya limanlarına 36 mln. dollara qədər əlavə gəlir gətirəcək: "Hökumətin tələbi ilə neft kəmərləri sahəsindəki tikinti sayəsində Baltikyanı ölkələrin limanları - Ventspils və Riqadan yükləmələr bizim Baltikdəki limanlarımız - Ust-Luqa və Primorsk, eyni zamanda Novorossiyskə yönəldiləcək".

N.Tokarev deyib ki, 2015-ci ildə Baltikyanı ölkələrin limanları vasitəsilə 9 mln. ton neft məhsulları ixrac olunub, bu ilin sonuna isə cəmi 5 mln. ton neft məhsullarının nəqli nəzərdə tutulur. O əlavə edib ki, 2018-ci ilə isə Rusiya limanlarına yönəldilməsi hesabına həcmlər 0 olacaq.

Dəniz Ticarət Limanları Assosiasiyasının məlumatına görə, 2015-ci ildə Rusiya limanlarından 146 mln. ton neft məhsulları boşaldılıb. Baltikyanı ölkələrin həcmi Rusiya limanlarının ümumi həcmini 6% artıracaq.

"Transneft" Baltikyanı ölkələrin limanlarından neft məhsularının ixracını Rusiya tərəfinə yönləndirməyi hələ 2014-cü ilin sonunda təklif edib.




Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi