Tovuz, Şəmkir və Gədəbəyin bir hissəsində 3 gün qaz olmayacaq

Tovuz, Şəmkir və Gədəbəyin bir hissəsində 3 gün qaz olmayacaq Məhdudiyyət diametri 1020 mm-lik Qazıməmməd-Qazax magistral qaz kəmərində aparılan təmir işləri ilə əlaqədardır
Energetika
10 İyul , 2017 09:23
Tovuz, Şəmkir və Gədəbəyin bir hissəsində 3 gün qaz olmayacaq

Bakı. 10 iyul. REPORT.AZ/ Bu gündən iyulun 12-nə qədər Tovuz, Şəmkir və Gədəbəy rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq. 

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-dən məlumat verilib.

Məlumata görə, məhdudiyyət diametri 1020 mm-lik Qazıməmməd-Qazax magistral qaz kəmərinin 323 və 340-cı kilometrlərində aparılan təmir işləri ilə əlaqədardır.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan, təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.

Son xəbərlər

Orphus sistemi