​Tovuz rayonunun iki kəndinə ilk dəfə təbii qaz verilib

​Tovuz rayonunun iki kəndinə ilk dəfə təbii qaz verilib Ümumilikdə, 361 abonent təbii qazla təmin olunub
Energetika
16 Oktyabr , 2015 16:08
​Tovuz rayonunun iki kəndinə ilk dəfə təbii qaz verilib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bu gün Tovuz rayonunun Böyük Qışlaq və Molla Ayrım kəndlərinə ilk dəfə təbii qaz verilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, iki kəndin ümumilikdə 361 abonenti təbii qazla təmin olunub.

Təbii qaz verilişi münasibətilə keçirilən tədbirdə bildirilib ki, 66 abonenti olan Molla Ayrım kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6222 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 66 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

295 abonenti olan Böyük Qışlaq kəndinin qazlaşdırılması zamanı 24 kilometr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 295 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi