Yuxarı
    Bağlamaq

    “Total” SOCAR-ın mütəxəssisləri üçün seminarlar təşkil edib

    Fransa şirkəti təcrübəsini bölüşüb

    Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu günlərdə Fransanın “Total” şirkətinin mütəxəssisləri Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) 25 nəfərlik mütəxəssis heyəti üçün təlim-seminarlar keçirib, yerli mütəxəssislərlə təcrübə mübadiləsi aparıblar.

    “Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, beş gün davam edən seminarda təlim və inkişaf sahəsi üzrə təlim ehtiyaclarının təhlili, təlim büdcəsinin işlənməsi, təlimlərin effektivliyinin ölçülməsi, kouçinq və mentorluq proqramları, elektron təlimlər və digər məsələlər, işə qəbul sahəsi üzrə müsahibə bacarıqları, davranış səriştəsinin düzgün qiymətləndirilməsi, işə qəbulun planlaşdırılması, əmək bazarının araşdırılması və digər məsələlər, karyera planlaması sahəsi üzrə səriştələrin qiymətləndirilməsi, performansın qiymətləndirilməsi zamanı yol verilən xətalar, istedadların idarə edilməsi, karyera inkişafı, mükafatlandırma, iş analizi, insan resursları sahəsi üzrə müxtəlif qiymətləndirmə üsullarının tətbiqi və s. mövzular müzakirə edilib. “Total”ın təcrübəsi öyrənilib. Təlim-seminarları “Total”ın filiallara dəstək və inkişaf departamentinin rəhbəri Xose Mesa, Avropa və Mərkəzi Asiya regionu üzrə İnsan resursları biznes partnyoru Svetlana Buşmarinova və “Total”ın Azərbaycandakı nümayəndəliyinin İnsan Resurları üzrə meneceri Südabə Xəlilova aparıblar.

    SOCAR-ın Kadr, rejim və informasiya texnoligiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov onlarla görüş keçirib. Görüşdə Fransa və Azərbaycan arasındakı elm, təlim, tədris və İR sahəsindəki əməkdaşlıq müzakirə edilib, xüsusilə “Total” və SOCAR-ın birgə həyata keçirdiyi Təqaüd proqramının uğurlu nəticələri qeyd edilib. O, bildirib ki, 2008-ci ildən bu günə qədər “Total” və SOCAR əməkdaşlığı çərçivəsində 28 nəfər azərbaycanlı gənc Fransada təhsil alıb ölkəyə qayıdıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi