"Total" Şimal dənizində qaz yataqları aşkar edib

"Total" Şimal dənizində qaz yataqları aşkar edib Bakı. 29 yanvar. REPORT.AZ/ Fransanın Total şirkəti Şimal dənizində Böyük Britaniya şelfində yeni qaz kondensatı yataqları aşkar edib.
Energetika
29 yanvar 2019 08:57
Total Şimal dənizində qaz yataqları aşkar edib

Bakı. 29 yanvar. REPORT.AZ/ Fransanın "Total" şirkəti Şimal dənizində Böyük Britaniya şelfində yeni qaz kondensatı yataqları aşkar edib.

"Report" şirkətin saytına istinadən xəbər verir ki, yataqlar "Glengorm" quyusunun qazıntısı zamanı aşkar olunub, əldə oluna biləcək resurslar, təqribən, 250 milyon barel neft ekvivalentində qiymətləndirilir.

Şirkətdən bildiriblər ki, bundan sonra qazma işləri ehtiyatların və məhsularlıq tutumunun qiymətləndirilməsi üçün ediləcək.

Kəşf olunan yataqda "Total" 25% paya malikdir. "CNOOC Petroleum Europe Limited" (50%) operator kimi çıxış edir. Layihədə digər 25% İtaliyanın "Edison" şirkətinin Britaniya bölməsinin törəmə şirkəti olan "Euroil"a məxsusdur.

Son xəbərlər

Orphus sistemi