"Total": OPEC+ anlaşması 2018-ci ilin sonunadək uzadılmalıdır

"Total": OPEC+ anlaşması 2018-ci ilin sonunadək uzadılmalıdır OPEC+ ölkələrinin nazirlər sammiti noyabrın 29-da Vyanada keçiriləcək
Energetika
18 Oktyabr , 2017 14:51
Total: OPEC+ anlaşması 2018-ci ilin sonunadək uzadılmalıdır

Bakı. 18 oktyabr. REPORT.AZ/ OPEC və ona daxil olmayan ölkələr (OPEC+) neft hasilatının azaldılması ilə bağlı 2018-ci ilin mart ayının sonunda bitən anlaşmanı ən azı 2018-ci ilin sonuna qədər uzatmalıdır. 

"Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı Fransanın "Total" şirkətinin rəhbəri Patrik Puyanne (Patrick Pouyanne) verib.

"Əgər OPEC+ anlaşmasının effektivliyini istəyiriksə, o zaman anlaşma ən az 2 il davam etməlidir. 3-4 il ərzində neft bazarında ehtiyatların artıqlığı müşahidə olunursa, neft bazarının sabitləşməsi üçün zaman lazım olur", - deyə Puyanne "Oil and Money" konfransında bildirib.

"Total" rəhbəri bununla yanaşı qeyd edib ki, neft bazarında tədricən sabitləşmə gedir.

Qeyd edək ki, OPEC+ anlaşmasının iştirakçısı olan ölkələrin nazirlər səviyyəsində növbəti sammiti noyabrın 29-da Vyanada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi