​"Total"ın təmsilçisi neftin bahalaşacağını proqnozlaşdırıb

​"Total"ın təmsilçisi neftin bahalaşacağını proqnozlaşdırıb Breyak: "Neft yataqları və bu infrastrukturladakı sərmayələrimizi səngidirik "
Energetika
4 Fevral , 2015 13:51
​Totalın təmsilçisi neftin bahalaşacağını proqnozlaşdırıb

Bakı. 4 fevral. REPORT.AZ/ "Perspektivdə neftin bir bareli 80 dollaradək bahalaşa bilər".

"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bunu Fransanın "Total" neft-qaz şirkətinin kəşfiyyat və hasilat məsələləri üzrə direktoru Arno Breyak deyib.

"Yaxın zamanda neftin qiymətinin 80 dollaradək yüksələcəyini gözləyirik. Fikrimizcə, indiki qiymət çox aşağıdır", - o, söyləyib. Bununla belə o, qısa müddətə qiymətin artma dinamikası ilə bağlı fikir bildirməyib.

Breyak deyib ki, qiymətin indiki dinamikası fransız şirkətlərini fəaliyyətini dondurmağa və istənilən iri layihələrdən imtina etməyə məcbur etməyib: "Biz öz yolumuzla gedirik. Neft yataqları və bu infrastrukturlardakı sərmayələrimizi səngidirik. İri layihələrə isə toxunulmayıb ".

Son xəbərlər

Orphus sistemi