“Total”ın baş icraçı direktoru: "Neft 100 dollaradək bahalaşa bilər"

“Total”ın baş icraçı direktoru: "Neft 100 dollaradək bahalaşa bilər" Bakı. 27 sentyabr. REPORT.AZ/ Neftin qiyməti 100 dollar/barelədək qalxa bilər, lakin belə artım tələbatın azalmasına gətirib çıxarır.
Energetika
27 Sentyabr , 2018 16:58
“Total”ın baş icraçı direktoru: Neft 100 dollaradək bahalaşa bilər
0 : 00
0 : 00

Bakı. 27 sentyabr. REPORT.AZ/ Neftin qiyməti 100 dollar/barelədək qalxa bilər, lakin belə artım tələbatın azalmasına gətirib çıxarır.

“Report” xəbər verir ki, bunu "Bloomberg TV"yə müsahibəsində “Total” şirkətinin baş icraçı direktoru Patrik Puyanne bildirib.

“Bunun dünya iqtisadiyyatı, hətta neft sənayesi üçün müjdə olduğuna inanmıram. Bildiyiniz kimi, neftin qiyməti çox qalxanda siz rəqiblərin üzünə qapıları açırsınız və tələbat azalmağa başlayır” - deyən P.Puyanne neft qiymətlərini 2014-cü ildən sonra ilk dəfə üçrəqəmli göstəricilərə gətirən mühüm amil kimi ABŞ-ın İrana qarşı hazırladığı sanksiyaları və Venesueladan neft ixracındakı fasilələri göstərib.

“Total” rəhbəri həmçinin neftin qiymətinin 100 dollara çatacağı barədə iyun ayından xəbərdarlıq etdiyini xatırladıb. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı bazara tezliklə daha artıq neft çıxara bilməyəcək: “Bizim sahədə elə şey yoxdur ki, düyməni basdın və neft gəldi. İşlər daha mürəkkəbdir və vaxt aparır”.

Son xəbərlər

Orphus sistemi