“Total” bu ilin yayında İrana 2 mlrd. dollar sərmayə qoya bilər

“Total” bu ilin yayında İrana 2 mlrd. dollar sərmayə qoya bilər ABŞ-ın İrana qarşı yeni sanksiyası olarsa, “Total” investisiyadan imtina edə bilər
Energetika
9 Fevral , 2017 18:57
“Total” bu ilin yayında İrana 2 mlrd. dollar sərmayə qoya bilər

Bakı.9 fevral.REPORT.AZ/ “Total” şirkəti bu ilin yayında İranın “Cənubi Fars” qaz yatağına 2 mlrd. dollar investisya qoymaq barədə yekun qərar qəbul etməyə hazırdır.

“Report” xəbər verir ki, bunu şirkətin baş icraçı direktoru Patrik Puyanne “Reuters” agentliyinə bildirib.

O deyib ki, əgər ABŞ tərəfindən İrana qarşı yeni sanksiya olarsa, “Total” investisiyadan imtina edə bilər: “İranla nüvə sazişi üzrə razılığa gəlinərsə, qaz layihəsi ilə bağlı müqavilə imzalayacağıq, amma əgər sanksiyalar bərpa olunarsa, biz bu ölkədə işləyə bilmərik”.

Son xəbərlər

Orphus sistemi