Yuxarı
    Bağlamaq

    ​"Total" şirkəti "LUKoil" ilə əməkdaşlıqdan imtina edib

    Rusiyaya qarşı tətbiq olunan sanksiyalara görə Total Qərbi Sibirdə həyata keçirdiyi layihəsini dayandırıb

    Bakı. 24 sentyabr. REPORT.AZ/ Fransanın “Total” neft-qaz şirkəti Avropa Birliyinin və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə “LUKoil” şirkəti ilə birgə işini dayandırıb. “Report” xəbər verir ki, bunu “Financial Times” jurnalına açıqlamasında “Total”ın rəhbəri Kristof de Marjeri deyib: “LUKoil” ilə çalışmaq xoşdur, amma biz sanksiyalarla bağlı olaraq, nə qədər ki, layihəyə başlanılmayıb, “Lukoil” ilə birgə işi dayandırmağa məcburuq”.

    Bu ilin mayında Sankt-Peterburq beynəlxalq iqtisadi forumu zamanı “LUKoil”un prezidenti Vahid Ələkbərov və “Total”ın rəhbəri Kristof de Marjeri Qərbi Sibirdə Hantı-Mansı Muxtar Vilayətinin karbohidrogen ehtiyatlarının kəşfiyyatı və işlənməsi sahəsində birgə müəssisənin yaradılmasına dair saziş imzalayıblar. Birgə müəssisədə “LUKoil” 51%, “Total” isə 49% paya malik olmalı idi. İki il ərzində geoloji kəşfiyyat işlərinə 120-150 mln. ABŞ dolları həcmində sərmayə yatırılacağı güman edilirdi.

    Buna baxmayaraq, “Total”ın rəhbəri qeyd edib ki, Fransa şirkəti "Yamal" layihəsinin reallaşdırılmasında iştirakını davam etdirəcək və o, ümidvar olduğunu bildirib ki, sanksiyalar Qərb bankları tərəfindən bu layihənin maliyyələşdirilməsinə mane olmayacaq.

    “Total”ın Rusiyadakı ikinci böyük layihəsi 27 mlrd. dollar dəyəri olan "Yamal" ("Yamal LNG") hesab edilir və K.de Marjeri bu layihənin davam etdiriləcəyini bildirib. Razılaşmaya əsasən, gəlirin 60%-i "Novatek" şirkətinə, qalanı isə “Total”a qalacaq.

    “İTAR-TASS”ın yaydığı xəbərə görə, Hantı-Mansı Muxtar Vilayətinin təsdiqlənmiş karbohidrogen ehtiyatları 22 mlrd. ton civarındadır, ümumi ehtiyatlar isə 70 mlrd. ton həcmində qiymətləndirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi