“Toshiba” ABŞ maye qaz bazarından çəkildiyini açıqlayıb

“Toshiba” ABŞ maye qaz bazarından çəkildiyini açıqlayıb Bakı. 8 noyabr. REPORT.AZ/ Yaponiyanın “Toshiba” şirkəti ABŞ-ın maye qaz bazarından çəkildiyini açıqlayıb.
Energetika
8 Noyabr , 2018 12:30
“Toshiba” ABŞ maye qaz bazarından çəkildiyini açıqlayıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Yaponiyanın “Toshiba” şirkəti ABŞ-ın maye qaz bazarından çəkildiyini açıqlayıb.

“Report” xəbər verir ki, “Toshiba” 2019-cu il mart ayına qədər “Toshiba America LNG Corporation” adlı törəmə şirkətini satmaq niyyətində olduğunu bildirib. Bu qərar mənfəətin azalması ilə bağlı biznesin yenidən qurulmasına yönələn tədbirlər çərçivəsində verilib. Belə ki, bu il sentyabr ayında “Toshiba” şirkətlər qrupunun mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 80,7 faiz azalıb. İşlərin yenidən qurulması çərçivəsində həmçinin Böyük Britaniyada nüvə elektrik stansiyaları ilə bağlı fəaliyyət göstərən başqa bir törəmə şirkətin də satılması nəzərdə tutulur. 

Ümumiyyətlə, yaxın 5 il ərzində “Toshiba” müxtəlif istehsalat sahələrində 7 minədək əməkdaşı ixtisar etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi