Torpaq sürüşməsi qaz xəttini dayaqlardan yerə saldı

Torpaq sürüşməsi qaz xəttini dayaqlardan yerə saldı Torpaq sürüşməsi qaz xəttini dayaqlardan yerə saldı
Energetika
333
25 Avqust , 2020 16:04
Torpaq sürüşməsi qaz xəttini dayaqlardan yerə saldı
0 : 00
0 : 00

Quba rayonunun Afurca kəndində Vəlvələ çayının qırağı ilə gedən yolda torpaq sürüşməsi baş verib.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, təqribən 30-40 metr hündürlükdən başlayan torpaq sürüşməsi zamanı, ərazidən keçən 76 mm diametrində olan qaz xəttinin 100 metrə yaxın hissəsi dayaqlardan yerə düşüb. Qaz xəttində zədələnmə yoxdur, sızma müşahidə edilməyib və qaz təminatında fasilə yaranmayıb.

Qeyd edilən qaz xətti 35 fərdi yaşayış evinin təchizatına xidmət göstərir. “Azəriqaz”ın Xaçmaz Regional qaz istismarı İdarəsindən bildirilib ki, hazırda bərpa işləri aparılmaqdadır və torpaq sürüşməsi ehtimalı olan ərazilər nəzarətdə saxlanılır.

Son xəbərlər

Orphus sistemi