​Tomas Qolts öz tarixi motosiklini SOCAR-a hədiyyə edib

​Tomas Qolts öz tarixi motosiklini SOCAR-a hədiyyə edib "Dahi şəxsiyyətin bizə güclü dəstəyi nəticəsində artıq tarixə çevrilmiş “Neft Odisseyası”na start verildi”
Energetika
27 İyul , 2015 18:17
​Tomas Qolts öz tarixi motosiklini SOCAR-a hədiyyə edib

Bakı. 27 iyul. REPORT.AZ/ Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin keçəcəyi yolda moto-yürüş təşkil edən tədqiqatçı-macərapərəst Tomas Qolts öz motosiklini Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) hədiyyə edib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, komandanın ikinci üzvü olmuş ABƏŞ-in vitse-prezidenti Even Patterson 2014-cü ilin sonunda dünyasını dəyişəndə Tomas Qolts moto-yürüşün aparıcı maşınını onun xatirəsinə ithaf edib. Motosikl SOCAR-ın və Tomas Qoltsun birgə səyi nəticəsində təmir edilib və bu günlərdə Təlim Tədris Sertifikatlaşdırma İdarəsinin muzey eksponatlarının saxlanması və bərpası mərkəzinə hədiyyə olunub. Motosikl burada qiymətli bir eksponat kimi öz layiqli yerini tutub.

Xatırladaq ki, 2000-ci il avqustun 22-də amerikalı jurnalist, tədqiqatçı-macərapərəst Tomas Qoltsun rəhbərliyi ilə dünyanın bir çox ölkələrini təmsil edən motosikletçilər qrupu Bakıdan yürüşə başlayaraq Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin keçəcəyi yolu ilk dəfə qət etdi. Bu gün Turkiyənin Ceyhan limanından Azərbaycan neftini dünya bazarlarına çıxaran 1765 kilometr uzunluğundakı BTC kəmərinin hələ hazır olmadığı bir dövrdə Qoltsun idarə etdiyi “URAL” markalı motosikl tarixi “Neft Odisseyası” layihəsinin aparıcı qüvvəsi kimi ilk Azərbaycan neftini simvolik olaraq Bakıdan Ceyhan limanına çatdırdı. 2001-ci ildə Tomas Qolts və ardıcılları eyni məsafəni ikinci dəfə qət edərək, kəmər boyunca Azərbaycanın təbii qazını Türkiyənin şərqinə, Ərzuruma daşıyıb. Tomas Qolts sonradan “Neft Odisseyası” layihəsini belə xatırlayıb:

“Komandanın sərgüzəştli planı ilk öncə ağlasığmaz səslənir və çoxları bunun mümkünsüz olduğunu söyləyirdi. Çünki kəmər hələ hazır deyildi, biz naməlum bir yol qət etməli idik. Lakin yeganə bir insan, Azərbaycanın dahi Prezidenti, müdrik siyasətçi Heydər Əliyev layihəni dəstəklədi və Xəzər dənizindən hasil edilmiş bir çəllək neftin mənə təqdim olunmasına göstəriş verdi. Məhz Heydər Əliyevin layihəyə inamı, eləcə də o dahi şəxsiyyətin bizə güclü dəstəyi nəticəsində artıq tarixə çevrilmiş “Neft Odisseyası”na start verildi”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi