Texniki şərt almaq üçün “Azərişığ”a müraciət edən sahibkarların sayı 3 dəfə artıb

Texniki şərt almaq üçün “Azərişığ”a müraciət edən sahibkarların sayı 3 dəfə artıb Bu ilin I rübündə “Azərişıq” ASC-yə obyektini elektrik şəbəkəsinə qoşdurmaq üçün 2 500 sahibkar müraciət edib.
Energetika
8 aprel 2019 12:12

Bu ilin I rübündə “Azərişıq” ASC-yə obyektini elektrik şəbəkəsinə qoşdurmaq üçün 2 500 sahibkar müraciət edib. 

Bu barədə "Report"a qurumun Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, bunlardan 1 200-w sahibkar “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri vasitəsilə, 1 300-ü isə elektron qaydada müraciət unvanlayıb: "Bu isə o deməkdir ki, ötən ilin birinci rübü ilə müqayisədə sahibkarların müraciətinin sayı 3 dəfəyədək artıb. Sahibkarların elektrik şəbəkəsinə qoşulmaqla bağlı müraciətlərinin sayının belə sürətlə artması, sözsüz ki, aparılan islahatlarla bağlıdır. Üç ay öncə, ötən il dekabrın 25-də Prezident “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” növbəti fərman imzalayıb. Fərmana əsasən, şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilib. Bundan başqa, şəbəkəyə qoşulma ilə bağlı kVt-a görə vahid tarifin tətbiq olunması və “Azərişığ”ın elektron xəritəsinin “ASAN xidmət”in işinə inteqrasiya edilməsi də sahibkarların işini daha da asanlaşdırıb".

Bununla yanaşı, ötən ilin birinci rübündə 9400 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün "Azərişığ"a müraciət edib. Sənədlərdə uyğunsuzluq və bu kimi hallar istisna olmaqla həm sahibkarların, həm də vətəndaşların müraciətləri yerinə yetirilib. Ümumilikdə, I rübdə “Azərişığ"a 15 xidmət üzrə 70 500 müraciət daxil olub.

Son xəbərlər

Orphus sistemi