Tərtərin Kəbirli kəndinə təbii qaz verilib

Tərtərin Kəbirli kəndinə təbii qaz verilib Kəndin 179 abonenti qazla təmin edilib
Energetika
20 May , 2016 12:17
Tərtərin Kəbirli kəndinə təbii qaz verilib

Bakı. 20 may. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Tərtər rayonunun Kəbirli kəndinə  təbii qazın verilişi bərpa edilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 179 abonenti olan kəndin birpilləli sistem əsasında yenidən qazlaşdırılması zamanı 12927 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi