Yuxarı

Tərtər və Qusar rayonlarının daha iki kəndinə qaz verilib

Ümumilikdə, 643 abonent qazla təmin olunub

Bakı. 16 mart. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Tərtər və Qusar rayonlarının daha iki kəndinə təbii qaz verilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tərtər rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 300 abonenti olan Sarov kəndinin yenidən qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 16 207 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 

Qusar rayonunun 343 abonentlik Həzrə kəndinə ilk dəfə təbii qaz verilməsiylə əlaqədar keçirilmiş mərasimdə qeyd olunub ki, qazlaşdırma işləri zamanı birpilləli sistem əsasında 29 030 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi