“Tengiz” yatağında koronavirusa görə hasilat dayandırıla bilər

“Tengiz” yatağında koronavirusa görə hasilat dayandırıla bilər Qazaxıstanın “Tengiz” yatağında, Çimkent şəhərindəki bir neft emalı zavodunda və Karaqanda vilayətindəki “Kazaxmıs” mədənində çalışanlar arasında koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayının artması müşahidə olunub.
Energetika
20 May , 2020 17:45
“Tengiz” yatağında koronavirusa görə hasilat dayandırıla bilər

Qazaxıstanın “Tengiz” yatağında, Çimkent şəhərindəki bir neft emalı zavodunda və Karaqanda vilayətindəki “Kazaxmıs” mədənində çalışanlar arasında koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayının artması müşahidə olunub.

“Report”un “İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın baş sanitar həkimi Ayjan Esmaqambetova bildirib.

Baş sanitar həkim Nur-Sultan şəhərində keçirdiyi brifinqdə bildirib ki, “Tengiz” yatağında 935 yoluxma halı qeydə alınıb: "Çimkent şəhərində də qrup halında yoluxma qeydə alınıb. "PetroKazakistan Oil Products” şirkətində əməkdaşlar arasında 101 yoluxma halı var. Podratçı təşkilatlarda 23, onlarla  ev şəraitində təmasda olanlar arasında isə 69 hal qeydə alınıb”.

Həmçinin A.Esmaqambetovanın sözlərinə görə, Karaqanda vilayətində “Kazaxmıs” korporasiyasının mədənlərinin birində 34  yoluxma qeydə alınıb.

O vurğulayıb ki, “Tengiz” yatağındakı yoluxmaların sayının aşağı salınması üçün işlərin icrasına nəzarəti təmin etmək lazımdır: “Əks halda, bu xəstələrin sayının artmasına səbəb ola bilər. Bu da sonradan təcrid və müəssisənin təbii və ya məcburi bağlanmasına gətirib çıxaracaq”. 

Son xəbərlər

Orphus sistemi