“Tengiz” yatağında 2100-dən çox işçi koronavirusa yoluxub

“Tengiz” yatağında 2100-dən çox işçi koronavirusa yoluxub “Tengiz” yatağında 2,1 mindən artıq koronavirus yoluxması qeydə alınıb
Energetika
9 İyul , 2020 14:14
“Tengiz” yatağında 2100-dən çox işçi koronavirusa yoluxub

Tibb işçiləri üç ay ərzində Qazaxıstanın qərbində yerləşən “Tengiz” neft-qaz yatağında 2 160 koronavirus infeksiyasına yoluxma hadisəsi qeydə alıb. 

“Report”un “İnterfax-Qazaxıstan” agentliyinə istinadən xəbər verir ki, bunu Qazaxıstanın Səhiyyə naziri Aleksey Tsoy bildirib.

Onun sözlərinə görə, aprelin 8-dən yataqda 2 160, həmçinin Atırau vilayətinin sakinləri arasında 1  809 və demobilizasiya edilmişlər arasında 351 halda koronavirus infeksiyasına yoluxma qeydə alınıb.  

A.Tsoy keçirilən brifinqdə bildirib ki, yoluxma ocaqları “Tengiz” yatağındakı 36 növbə düşərgəsində və “Tengiz”də fəaliyyət göstərən 57 MMC-də qeydə alınıb

Bundan əvvəl, Atırau vilayətinin başçısı Maxambet Dosmuxambetov bildirib ki, yataqda 2 074 COVID-19 yoluxma hadisəsinin aşkarlanıb. O həmçinin qeyd edib ki, koronavirusla əlaqəli vəziyyət  müəssisənin fəaliyyətinə təsir göstərməyəcək.

Son xəbərlər

Orphus sistemi