Gəncə şəhəri, Dədə Qorqud küçəsi ilə Müseyib Bağırov küçəsinin kəsişməsində təmir işləri aparan şirkətin texnikası ilə 110 mm diametrində yeraltı polietilen qaz xətti zədələnib və yararsız hala düşüb.
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (
Bildirilib ki, bu səbəbdən xeyli abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Qəzanın fəsadları aradan qaldırılır və bərpa işləri yaxın saatlarda tamamlanacaq.