Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində təlimatlandırma kursu təşkil olunub

Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində təlimatlandırma kursu təşkil olunub Kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunacaq
Energetika
18 Yanvar , 2016 18:04
Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində təlimatlandırma kursu təşkil olunub

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində İnsan resursları Departamentinin 13 mütəxəssisi üçün “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” üzrə təlimatlandırma kursu təşkil olunub.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, kurs TTSİ-nin Kadr hazırlığının təşkili Mərkəzinin və Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzinin müvafiq sahələr üzrə yüksək ixtisaslı mütəxəssisləri tərəfindən tədris olunub. Kurs müddətində dinləyicilər tərəfindən əməyin mühafizəsi üzrə ümumi qaydalar, peşə xəstəlikləri, fərdi mühafizə vasitələrindən istifadə, təhlükəsizlik texnikası, elektrik təhlükəsizliyi, yanğından mühafizə, ilk tibbi yardım, ətraf mühitin mühafizəsi, dəniz təhlükəsizliyi və s. mövzular mənimsənilib. Kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi