Tələbin azalması fonunda neft ucuzlaşır

Tələbin azalması fonunda neft ucuzlaşır Neft ucuzlaşmağa başlayıb. Birjalar bu xammala qlobal tələbin azalması perspektivlərini qiymətləndirir.
Energetika
8 sentyabr 2022 13:28
Tələbin azalması fonunda neft ucuzlaşır

Dünya bazarında neft ucuzlaşmağa başlayıb. Birjalar bu xammala qlobal tələbin azalması perspektivlərini qiymətləndirir.

“Report” birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçersləri 0,1 % ucuzlaşaraq 87,93 ABŞ dollarına satılıb. WTI neftinin oktyabr fyuçerslərinin qiyməti isə 0,13 % düşərək 1 bareli 81,84 ABŞ dolları təşkil edib.

Neftin qiymətinin mənfi dinamikasına ABŞ-da uçot dərəcəsinin artırılması perspektivi səbəb olub. Belə ki, bəzi ekspertlərin fikrincə, bu, ABŞ-da və bütün dünyada iqtisadi aktivliyin azalmasına və nəticədə, neftə tələbatın azalmasına gətirib çıxara bilər.

Son xəbərlər

Orphus sistemi