Yuxarı
    Bağlamaq

    Tehran Qaz Sammitində ​Azərbaycanı energetika naziri təmsil edəcək

    Toplantıda dövlət və hökumət başçılarının iştirakı gözlənilir

    Bakı. 21 noyabr. REPORT.AZ/ Qaz İxrac edən Ölkələr Forumu (Gas Exporting Countries Forum – GECF) ölkələrinin dövlət və hökumət başçılarının noyabrın 23-də Tehranda (İran) keçiriləcək III Qaz Sammitində Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək.

    "Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, Xəzər regionunun qaz ehtiyatları ilə zəngin əhəmiyyətli ölkələrindən biri kimi Azərbaycanın bu təşkilatda istər üzv, istərsə də müşahidəçi qismində iştirakı Forumun rəhbərliyi tərəfindən dəfələrlə təklif olunub. Forumun əsas məqsədi üzv ölkələrin təbii qaz ehtiyatları üzərində suveren hüquqlarının müdafiəsi imkanlarının sərbəst planlaşdırılması, ekoloji nəticələri nəzərə alan davamlı və effektiv inkişafın təmin edilməsidir.

    Bildirilib ki, Tehran sammitində bir sıra ölkələr, o cümlədən Rusiya, Türkmənistan, İraq, Venesuela, Nigeriya və Boliviyanın dövlət başçıları iştirak edəcəklər. Sammitdə dünya enerji daşıyıcı bazarındakı vəziyyət müzakirə ediləcək, yekunda Tehran Bəyannaməsinin imzalanması gözlənilir.

    Xatırladaq ki, GECF 2001-ci ildə Tehranda yaradılıb, 2008-ci ildə Moskva şəhərində hüquqi olaraq təsis edilib. Forumun 12 əsas (Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ) və 6 müşahidəçi (Qazaxıstan, Hollandiya, Norveç, İraq, Oman və Peru) üzvü var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi