Tədarüklə bağlı risklərin qalması nefti bahalaşdırıb

Tədarüklə bağlı risklərin qalması nefti bahalaşdırıb Siyasi gərginliyin qalması Rusiyadan tədarük üçün risklərə səbəb olduğu bir zamanda neft qiymətləri artıb.
Energetika
18 Mart , 2022 10:05
Tədarüklə bağlı risklərin qalması nefti bahalaşdırıb

Siyasi gərginliyin qalması Rusiyadan tədarük üçün risklərə səbəb olduğu bir zamanda neft qiymətləri artıb.

“Report” xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin may fyuçersləri 2,2% bahalaşaraq, 1 bareli 108,99 ABŞ dollarına satılıb. WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 2,63% artaraq, 1 bareli 105,69 ABŞ dolları təşkil edib.

Treyderlər gərgin siyasi vəziyyət və Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla əlaqədar bazarlarda neft çatışmazlığının və tədarüklə bağlı fasilələrin perspektivlərini qiymətləndirirlər.

Bundan başqa, Çinin Şençjen şəhərində məhdudiyyətlərin yumşaldılması “qara qızıl”a olan tələbin azalması ilə bağlı narahatlıqların səngiməsinə səbəb olub.

Rusiyanın Hindistana neft ixrac etməsi haqqında xəbərlər də qiymətlərin dinamikasına təsirsiz ötüşməyib. Bu xəbərlər bazarın tədarük çatışmazlığı ilə bağlı narahatlığı gücləndirib.

Son xəbərlər

Orphus sistemi