"Technol" Xəzər Neft-Qaz Sərgisində iştirak edəcək

"Technol" Xəzər Neft-Qaz Sərgisində iştirak edəcək Şirkət sərgidə 90-a yaxın çeşiddə mühərrik və sənaye yağlarını nümayiş etdirəcək
Energetika
29 May , 2017 15:55
Technol Xəzər Neft-Qaz Sərgisində iştirak edəcək

Bakı. 29 may. REPORT.AZ/ "Baku Expo Center"də keçiriləcək Beynəlxalq Xəzər Neft-Qaz Sərgisində ("Caspian Oil&Gas-2017") ilk dəfə Azərbaycan mühərrik yağları ilə təmsil olunacaq.

"Report" xəbər verir ki, sərgi mayın 31-də başlayacaq və iyunun 3-də başa çatacaq. 

Dünyanın bir sıra tanınmış neft və qaz şirkətlərinin iştirak edəcəyi sərgidə Azərbaycanın ilk mühərrik və sənaye yağları istehsalçısı olan "Technol"un da məhsulları sərgilənəcək.

Qeyd edək ki, 90-a yaxın çeşiddə mühərrik və sənaye yağları istehsal edən "Technol" məhsulları sərgi mərkəzinin ikinci zalında 2120 saylı stenddə nümayiş olunacaq.

Son xəbərlər

Orphus sistemi