"Technol" Azərbaycanı Türkiyədə təmsil edir

"Technol" Azərbaycanı Türkiyədə təmsil edir “Technol” yaxın zamanlarda Azərbaycan markası olaraq Türkiyəyə ixraca başlayacaq
Energetika
316
7 Aprel , 2017 12:07
Technol Azərbaycanı Türkiyədə təmsil edir

Bakı. 7 aprel. REPORT.AZ/ İstehsal etdiyi bütün məhsullarda “Made in Azerbaijan” devizini qürurla vurğulayan “Technol” şirkətinin mühərrik yağları Azərbaycanı Türkiyədə təmsil edir.

“Technol”dan “Report”a verilən məlumata görə, şirkət Türkiyənin İstanbul şəhərində keçirilən avtomexanika sərgisində Azərbaycan üzrə yeganə təmsilçi olaraq iştirak edir.

İstanbulun "Tüyap" sərgi və konfrans salonunda keçirilən sərgiyə dünyanın müxtəlif ölkələrindən olan avtomobil və mühərrik istehsalçıları, mühərrik yağları istehsalçıları qoşulub. 

Qeyd edək ki, Qafqazın və Azərbaycanın ilk müasir mühərrik yağları istehsalçısı olan “Technol” yaxın zamanlarda Azərbaycan markası olaraq Türkiyəyə ixraca başlayacaq.    

Son xəbərlər

Orphus sistemi