Tarif Şurası təbii qaz və elektrik enerjisinin satışı tariflərində dəyişikliklər edib

Tarif Şurası təbii qaz və elektrik enerjisinin satışı tariflərində dəyişikliklər edib Təbii qaz və elektrik enerjisinin istehlak həcmi ilə bağlı limit artırılıb
Energetika
22 Dekabr , 2016 18:31
Tarif Şurası təbii qaz və elektrik enerjisinin satışı tariflərində dəyişikliklər edib

Bakı. 22 dekabr. REPORT.AZ/ Dekabrın 22-də Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilib. 

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, belə bir qərar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq qəbul edilib. 

Ş.Mustafayev vurğulayıb ki, iclasda Tarif Şurasının noyabrın 28-də keçirilmiş iclasında təbii qaz və elektrik enerjisinin satışı tarifləri ilə bağlı edilən müvafiq tarif tənzimlənmələrində dəyişikliklər aparılıb: "Belə ki, əhali üçün tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, elektrik enerjisinin aylıq istehlak həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saatadək artırılıb". 

Qeyd edək ki, dəyişiklik nəticəsində təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün bir kubmetr üçün 10 qəpik, aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün elektrik enerjisinin qiyməti isə bir kilovat-saat üçün 7 qəpik səviyyəsində müəyyənləşdirilib. Təbii qazın illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi 20 qəpik, elektrik enerjisinin aylıq istehlak həcminin 300 kilovat-saatadan çox olan hissəsi isə 11 qəpikdən hesablanacaq. Bununla da son tarif tənzimlənməsindən sonra ödənişlərində artım olmayan əhali abonentlərinin sayı təbii qaz üzrə 62 faizdən 75 faizədək, elektrik enerjisi üzrə isə 72 faizdən 80 faizədək yüksəlib.

Son xəbərlər

Orphus sistemi