​TAP Yunanıstanda ən iri investisiya layihəsi olub

​TAP Yunanıstanda ən iri investisiya layihəsi olub Bu layihə vasitəsi ilə Yunanıstana son bir neçə ilin ən böyük investisiyası yatırılır və onun həcmi 1,5 mlrd. avro civarındadır
Energetika
12 Noyabr , 2015 13:15
​TAP Yunanıstanda ən iri investisiya layihəsi olub

Bakı. 12 noyabr. REPORT.AZ/ Trans-Adriatik Boru Kəmərinin (TAP) inşasına 2016-cı ilin aprel ayında başlanılması gözlənilir. "Report"un yunan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə TAP konsorsiumundan məlumat verilib.

Məlumata görə, bu layihə vasitəsi ilə Yunanıstana son bir neçə ilin ən böyük investisiyası yatırılır və onun həcmi 1,5 mlrd. avro civarındadır.

Almaniyanın metal və texnologiya şirkəti olan "Mannesmann" artıq layihənin lokal müqavilələrini də təmin edib. Bu şirkətlər sırasında Yunanıstanın "Corinth Pipeworks" şirkəti də var ki, onun təklif etdiyi təchizat və nəqliyyat xərcləri daha azdır.

Konsorsium tikinti işlərinin başlanması üçün verilən lisenziyalarla bağlı problemlərin aradan qaldırılacağına inandığını qeyd edib. Xüsusən də onlar bu məsələ ilə bağlı Yunanıstan Energetika Nazirliyi ilə aparılan danışıqların uğurla yekunlaşacağına inandıqlarını açıqlayıblar.

Qeyd edək ki, TAP layihəsində BP (20%), SOCAR (20%), "Statoil" (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri iştirak edir.

Xatırladaq ki, əsas inşaat işləri gələn il başlanılacaq TAP layihəsi üzrə Avropaya ilk Azərbaycan qazı 2020-ci ilin əvvəlində çatacaq.

Son xəbərlər

Orphus sistemi