​TAP yeni tender elan edib

​TAP yeni tender elan edib Tenderin şərtlərinə görə, kəmərdə 48 və 36 düyümlük klapanlar quraşdırılacaq
Energetika
10 Dekabr , 2014 14:31
​TAP yeni tender elan edib

Bakı. 10 dekabr. REPORT.AZ/ Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üzrə işlərin növbəti mərhələsi üçün irihəcmli klapan və nasoslar, həçmçinin tənzimləyici mexanizmlərin təmin edilməsi məqsədi ilə tender elan edilib. "Report"un xəbərinə görə, bu barədə yayılan rəsmi press-relizdə məlumat verilir.

Tenderin şərtlərinə görə, TAP 55 ədəd 48 və 36 düyümlük 600 və 900 sinfinə daxil olan klapanla təchiz edilməlidir.

TAP-ın satınalmalar üzrə direktoru Knut Steynar Kvindesland məsələ ilə bağlı açıqlama verib və həmin quruğuların qoşulacağı ölkələri açıqlayıb: "Klapanlar və icraedici mexanizmlər boru xəttinin əsas hissəsidir. Ona görə də işlərin keyfiyyətli, səliqəli və tez bir zamanda görülməsi vacibdir. Podratçı şirkətin təmin edəcəyi klapanlar və icraedici mexanizmlər boru xəttinin Yunanıstan, İtaliya və Albaniyadan keçən hissəsində quraşdırılacaq".

Son xəbərlər

Orphus sistemi