​TAP yeni müqavilə imzalayıb

​TAP yeni müqavilə imzalayıb Almaniyanın "Salzgitter Mannesmann International GmbH." şirkəti TAP-ı borular və əymələrlə təmin edəcək
Energetika
29 Oktyabr , 2015 14:35
​TAP yeni müqavilə imzalayıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ "Trans-Adriatic Pipeline AG" (TAP layihəsi) konsorsiumu Almaniyanın "Salzgitter Mannesmann International GmbH." şirkəti ilə yeni müqavilə imzalayıb. TAP-ın baş ofisindən "Report"a verilən məlumata görə, müqaviləyə əsasən, "Salzgitter Mannesmann International GmbH." TAP-ı 48 düyümlük borular və əymələrlə təmin edəcək.

Müqaviləyə görə, Almaniya şirkəti TAP-ın qurudan keçən ümumi uzuluğu 270 km olan hissəsini 48 düyümlük borular, dəniz dibindən keçən hissəsini isə 36 düyümlük əymələrlə təmin edəcək.

Layihənin quruda olan hissəsi Albaniya, İtaliya və Yunanıstan, "offshore" hissəsi isə Adriatik dənizinin dərinliklərində reallaşdırılacaq. Müqaviləyə görə, şirkət ümumi həcmi 170 min ton boru daşıyacaq.

Qeyd edək ki, "Salzgitter Mannesmann International GmbH." 1859-cu ildə yaradılıb və 2014-cü ildə 9 mlrd. avroluq metal satışı həyata keçirib. Xam metal ehtiyatı 9 mln. tona yaxın olan şirkətdə 25 min işçi çalışır.

Xatırladaq ki, TAP layihəsində BP (20%), SOCAR (20%), "Statoil" (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi