Yuxarı
    Bağlamaq

    TAP üçün boruların Albaniyaya çatdırılması tamamlanıb

    “MV Galene M” yük gəmisindən boşaldılan sonuncu boruların sayı 726 ədəd olub© Tap-ag.com

    Bakı. 21 iyun. REPORT.AZ/ Trans-Adriatik Boru Kəmərinin (TAP) Albaniyanın quru hissəsinin inşasında istifadə üçün nəzərdə tutulan polad boruların sonuncu partiyası Durres limanında boşaldılıb.

    “Report” TAP konsorsiumuna istinadən xəbər verir ki, “MV Galene M” yük gəmisindən boşaldılan sonuncu boruların sayı 726 ədəd olub.

    Bu, Almaniyada istehsal olunan boruların 15-ci partiyası olub.

    2016-cı ilin aprel ayından etibarən Durres limanına ümumi çəkisi 200 min tondan çox olan təxminən 13 min ədəd boru, əymə, müxtəlif avadanlıq və maşınlar çatdırılıb.

    TAP-ın Albaniya üzrə layihə meneceri Karl Roberts bildirib ki, borular və əymələrin boşaldılması hərbi həssaslıqla həyata keçirilən əməliyyat idi. “İndiyədək icra olunan bütün əməliyyatlar qəzasız başa çatıb. Bütün proses TAP layihəsinin qrafiki çərçivəsində və yüksək təhlükəsizlik standartlarına uyğun həyata keçirilib. Albaniyaya sonuncu boruların çatdırılması boru kəmərinin tamamlanması istiqamətində növbəti mühüm addımdır”, - deyə TAP rəsmisi qeyd edib.

    Qeyd edək ki, Albaniyanın quru hissəsində TAP-ın uzunluğu 215 km təşkil edir. Boru kəmərinin Albaniya hissəsinin inşasında 18 m və 12 m uzunluğunda təxminən 13 min borudan istifadə olunur. Boruların diametri isə 1,2 metrdir. Albaniyada 800-dən çox əymədən istifadə olunacaq. Borular Almaniyanın “Salzgitter Mannesmann International” şirkəti tərəfindən isthesal edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi