İtaliyada TAP-la bağlı aparılan ekoloji monitorinq müsbət nəticələnib

İtaliyada TAP-la bağlı aparılan ekoloji monitorinq müsbət nəticələnib Yoxlamalar TAP-ın keçdiyi 878 km-lik bütün marşrut boyunca aparılacaq
Energetika
24 Avqust , 2016 12:25
İtaliyada TAP-la bağlı aparılan ekoloji monitorinq müsbət nəticələnib

Bakı. 24 avqust. REPORT.AZ/ İtaliyanın Melendunyo (Melendugno) şəhər bələdiyyəsi Trans-Adriatik Boru Kəmərinin (TAP) bu regiondan keçəcək hissəsinin inşası layihəsinin ekoloji monitorinqini həyata keçirib. "Report"un İtaliya mediasına istinadən verdiyi xəbərə görə, monitorinqlər əsasən 3 istiqamətdə təşkil edilib.

Kəmər boyunca səs-küyün səviyyəsi, atmosferə təsir və yeraltı suların səviyyəsini ölçən mütəxəssislər TAP-ın açıqladığı hesabatı təsdiqləyiblər: “Həqiqətən də TAP ərazinin ekoloji şəraitinin qorunmasına imkan yaradacaq”.

Qeyd edək ki, yoxlamalar TAP-ın keçdiyi 878 km-lik bütün marşrut boyunca aparılacaq.

Əlavə edək ki, TAP-ın son dayancağı İtaliyanın Melendunyo əyalətində yerləşən San Foca şəhərindəki terminaldır və kəmərin Brindizi (İtaliya) qəsəbəsi ərazisində dənizaltı və yerüstü hissələri birləşəcək. Ümumilikdə, kəmər sahil boyunca San Focaya qədər 55 km uzanacaq.

Xatırladaq ki, TAP-ın 5 səhmdarı var: SOCAR, BP, "Snam S.p.A"ın hər biri 20%, "Fluxys" 19%, "Enagas" 16% və "Axpo" 5% paya sahibdir.

Son xəbərlər

Orphus sistemi