​TAP konsorsiumu Yunanıstanda 47 min avorluq yardım edib

​TAP konsorsiumu Yunanıstanda 47 min avorluq yardım edib Bu yardım Şimali Yunanıstanda sosial təşkilatlara verilib
Energetika
27 İyul , 2016 17:55
​TAP konsorsiumu Yunanıstanda 47 min avorluq yardım edib

Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycanda hasil olunan təbii qazı Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəmərinin ("TAP-AG") tikintisi layihəsi üzrə konsorsium Yunanıstanda 46 745 avroluq ianə proqramı həyata keçirib. Bu barədə "Report" "TAP-AG"yə istinadən xəbər verir.

Qeyd olunub ki, bu ilin may ayında TAP və Sosial Həmrəylik və Yardım Şəbəkəsi arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində həssas sosial qruplar üçün ilk dəstək proqramları sürətlə həyata keçirilir.

"Artıq ümumi dəyəri 46 745 avro olan bu cür beş ianə Şimali Yunanıstanda sosial təşkilatlara verilib. Memorandumun imzalanmasından 3 aydan da az vaxt keçməsində baxmayaraq, TAP konsorsiumu Şəbəkə tərəfindən müəyyən edilib qiymətləndirilən beş QHT-nin ehtiyaclarını qarşılayıb. Belə ki, Salonikidə "Uşaq sığınacağı"na 400 uşağın ehtiyacını qarşılayacaq paltaryuyan, Kavalada fiziki və əqli qüsurlu insanların təhsil və yaşayış mərkəzi kimi fəaliyyət göstərən "Agia Marina" institutuna rütubətdən qoruyucu avadanlıq, Aleksandropolisdə ailə qayğısından məhrum olmuş 50 uşağın yaşadığı, həmçinin əlil uşaqlara gündəlik qayğı, maliyyə çətinliyi yaşayan ailələrə və uşaqlara məsləhət xidməti mərkəzi olan "SOS Uşaq Kəndi Trakya"ya kompüter və kondisionerlər, Kastoriada fövqəladə hallar və fəlakət vəziyyətində könüllü yardım edən departamentə lazımi avadanlıqlar, Kastoriada autizmli insanları qoruma təşkilatına müalicə zamanı lazım olan avadanlıqlar hədiyyə olunub", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi