TAP konsorsiumu: “İtaliya hökuməti ilə yaxından işləməkdə davam edəcəyik”

TAP konsorsiumu: “İtaliya hökuməti ilə yaxından işləməkdə davam edəcəyik” Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik boru kəməri (TAP) layihəsinin inşası ilə məşğul olan TAP konsorsiumu İtaliya hökuməti ilə yaxından işləməkdə davam edəcək.
Energetika
8 İyun , 2018 17:58
TAP konsorsiumu: “İtaliya hökuməti ilə yaxından işləməkdə davam edəcəyik”
Tap-ag.com

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik boru kəməri (TAP) layihəsinin inşası ilə məşğul olan TAP konsorsiumu İtaliya hökuməti ilə yaxından işləməkdə davam edəcək.

Bunu “Report”a TAP-ın kommunikasiya direktoru Lisa Givert İtaliyanın yeni hökumətinin TAP-ın tikintisinə dair sazişi yenidən nəzərdən keçirmək niyyətində olması ilə bağlı məlumatı şərh edərkən deyib:

“TAP konsorsiumu layihənin İtaliya vətəndaşları və biznes üçün məşğulluq, gəlirlilik və təbii qazın qiymətinin azaldılması baxımından məzmununu, faydalarını və dəyərlərini paylaşmaq üçün İtaliya hökuməti, müvafiq nazirliklər və səlahiyyətli qurumlarla yaxından işləməkdə davam edəcək”.

O qeyd edib ki, TAP kəməri ilə davamlı enerji əmtəəsi olan təbii qaz nəql olunacaq. Onun sözlərinə görə, TAP İtaliyanın enerji ehtiyacının idarəedilməsi üçün lazımi rahatlığı təmin etmək baxımından ölkədə dekarbonizasiya prosesinə və enerji effektliyi, həmçinin bərpa olunan enerji mənbələrinə etibarlı müttəfiq olaraq töhfə verəcək.

Son xəbərlər

Orphus sistemi