TAP-ın Yunanıstan ərazisindəki hissəsinin 316 km-i qaynaq edilib

TAP-ın Yunanıstan ərazisindəki hissəsinin 316 km-i qaynaq edilib Yunanıstanda 375 km ərazi təmizlənib, 347 km-lik borular düzülüb, 229 km-lik borular isə qaynaq edilərək basdırılıb
Energetika
10 Avqust , 2017 11:53
TAP-ın Yunanıstan ərazisindəki hissəsinin 316 km-i qaynaq edilib
Tap-ag.com

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası çərçivəsində Yunanıstanda boruların 316 kilometri qaynaq olunub.

“Report” xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində boru kəmərinin operatoru olan "TAP AG" şirkətinin kommersiya və xarici əlaqələr üzrə direktoru Ulrike Andres deyib.

“Yunanıstanda TAP kəmərinin marşrutu üzrə 375 kilometr ərazi təmizlənib, təxminən 347 kilometr borular xətt boyunca düzülüb. Boruların 316 kilometri qaynaq edilib. 229 kilometr borular isə qaynaqlandıqdan sonra torpaq altına basdırılıb. Xətt boyunca təxminən 133 kilometr ərazi sahə isə bərpa olunub”, - deyə U.Andres əlavə edib.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılması nəzərdə tutulur.

TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir. 

Son xəbərlər

Orphus sistemi